"Bu qədər passiv olacağını gözləmirdim”

16 Fevral 2023 01:40 Çempionlar Liqası 602
"Bu qədər passiv olacağını gözləmirdim”

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə görüşünü (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, Liqa 1 təmsilçisinin qeydə alınmayan qolları barədə danışıb:

“İlk 25 dəqiqəni əla keçirdik. Rəqib topa sahib olanda təəccüblənirdi.

PSJ-nin bu qədər passiv olacağını gözləmirdim. İlk hissəni əla tamamladıq.

İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Rəqib iki dəfə qapımıza yol tapsa da, oyundankənar vəziyyətə görə qollar qeydə alınmadı”.

“Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti