PSJ Parisdə "Bavariya"ya uduzdu, "Milan" qazandı - ÇL

15 Fevral 2023 02:00 Çempionlar Liqası 875
PSJ Parisdə "Bavariya"ya uduzdu, "Milan" qazandı - ÇL

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Fransada PSJ-nin qonağı olan Almaniya "Bavariya"sı minimal hesablı qələbə qazanıb. Yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub.

Əsas vaxtın sonuna əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Gecənin digər oyununda isə "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə eyni hesabla qalib gəlib. Meydan sahiblərindən 7-ci dəqiqədə Brahim Dias fərqlənib.

14 fevral

PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1
Qol:
Kinqsli Koman, 53
Qırmızı vərəqə: Benjamin Pavar, 90+2 ("Bavariya")
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol:
Brahim Dias, 7
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti