Çempionlar Liqasını qazanmağa ən şanslı komandalar - FAVORİTLƏR

14 Fevral 2023 15:20 Çempionlar Liqası 456
Çempionlar Liqasını qazanmağa ən şanslı komandalar - FAVORİTLƏR

Çempionlar Liqasında cari mövsümdə komandaların çempionluq şansları məlum olub.

Sportinfo.az xəbər verir ki, adıçəkilən qurum İngiltərə klubu “Mançester Siti”nin turnirin qalibi olmaq ehtimalını daha yüksək qiymətləndirir.

“Şəhərlilər”in kuboku qazanmaq ehtimalı 2,85-ə bərabər göstərilib. İkinci yerdə 7,00 ehtimalla Almaniya klubu “Bayern” yer alır.

Münhenlilərin 1/8 final mərhələsindəki rəqibi olan PSJ isə üçüncüdür.

Komandaların çempionluq şansları:

1. “Mançester Siti” (İngiltərə) – 2,85

2. “Bayern” (Almaniya) – 7,00

3. PSJ (Fransa) – 9,00

4-5. “Liverpul” (İngiltərə) – 12,00

“Real” (İspaniya) – 12,00

6. “Napoli” (İtaliya) – 14,00

7. “Çelsi” (İngiltərə) – 19,00

8. “Tottenhem” (İngiltərə) – 21,00

9. “Benfika” (Portuqaliya) – 26,00

10. “İnter” (İtaliya) – 34,00

Çempionlar Liqasının 1/8 final mərhələsi bu gün başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti