Çempionlar Liqasının oyunları bundan sonra “İctimai TV”də də yayımlanacaq!

14 Fevral 2023 12:40 Çempionlar Liqası 561
Çempionlar Liqasının oyunları bundan sonra “İctimai TV”də də yayımlanacaq!

Bu gündən etibarən UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları İTV-nin efirində yayımlanacaq.

Sportinfo.az telekanalın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında bu mərhələlərdə paralel keçirilən və CBC Sportda yayımlanmayan görüşlər İctimai Televiziyanın efirində canlı yayımda təqdim olunacaq.

Futbol həvəskarları bu gecə saat 00:00-da keçiriləcək "Milan" - "Tottenhem" qarşılaşmasını İTV-nin efirində izləyə biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"