O, ÇL-sə bu klubla qarşılaşmayacaqları üçün sevinir

8 Noyabr 2022 22:00 Çempionlar Liqası 12 025
O, ÇL-sə bu klubla qarşılaşmayacaqları üçün sevinir

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi PSJ ilə qarşılaşmayacaqları üçün sevindiyini deyib:

“Bu mərhələdə asan rəqib yoxdur. Baxmayaraq ki, PSJ ilə qarşılaşmayacağımız üçün şadam.

“Ayntraxt” qitənin ikinci ən böyük turniri olan Avropa Liqasının qalibidir və hazırda yüksəlişdədir. Təbii ki, onlara qarşı oynamaq asan olmayacaq”.

“Napoli” bu mərhələdə Almaniya “Ayntraxt”ı (Frankfurt) ilə qarşılaşacaq. İlk oyun gələn il fevralın 21-də Almaniyada, cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə