Çempionlar Liqasında söz sahibi olan ilk azərbaycanlı - VİDEO

3 Noyabr 2022 13:20 Çempionlar Liqası 805
Çempionlar Liqasında söz sahibi olan ilk azərbaycanlı - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında tarixi oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağayev ilk dəfə qitənin ən nüfuzlu turnirində oyun idarə edib - 1:2.

O, Danimarkada “Kopenhagen” və “Borussiya” (Dortmund) arasındakı matçda fit çalıb. Ağayev bu oyunda 4 sarı vərəqə göstərib

O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Qollara gəlincə, hesabı 23-cü dəqiqədə Dortmunda təmsilçisindən Torqan Azar açıb. Haukon-Arnar Haraldsson isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.

.Bu matçda ona laysmanlar Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. 4-cü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.

Əliyar Ağayev Çempionlar Liqasında matç idarə edən ilk azərbaycanlı hakimdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu