Mahir "Çelsi"yə qarşı oynadı – ÇL-də son turun NƏTİCƏLƏRİ

3 Noyabr 2022 02:00 Çempionlar Liqası 1 175
Mahir "Çelsi"yə qarşı oynadı – ÇL-də son turun NƏTİCƏLƏRİ

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da 1/8 final mərhələsinin bütün iştirakçıları və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

Son olaraq, A qrupunda İtaliyada "Zaltsburq"u 3:0 hesabı ilə darmadağın edən "Milan" adını növbəti raunda yazdırıb.

Beləliklə, İtaliyanın "Napoli", "Milan" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Ayntraxt" (Frankfurt) və "Leyptsiq", İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa yüksəliblər.

Niderlandın "Ayaks", Almaniyanın "Bayer", İspaniyanın "Barselona" və "Sevilya", Portuqaliyanın "Sportinq" Avstriyanın "Zaltsburq", Ukraynanın "Şaxtyor" (Donetsk) və İtaliyanın "Yuventus" kollektivləri isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə İngiltərədə "Çelsi"yə uduzaraq, E qrupunu sonuncu pillədə başa vurub və avrokuboklarla vidalaşıb.

25 yaşlı forvard 70-ci dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

2 noyabr

E qrupu

00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Rahim Sterlinq, 18. Denis Zakariya, 30 - Bruno Petkoviç, 7

00:00. "Milan" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 4:0

Qollar: Olivye Jiru, 14; 57. Rade Kruniç, 46. Junior Messias, 90+1

Xal durumu: "Çelsi" - 13, "Milan" - 10, "Zaltsburq" - 6, "Dinamo" - 4

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya) - 5:1

Qollar: Luka Modriç, 6 (penalti), Rodriqo, 21 (penalti), Marko Asensio, 51. Vinisius Junior, 61. Federiko Valverde, 71 - Jota, 84

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya) - 0:4

Qollar: Kristofer Nkunku, 10. Andre Silva, 50. Dominik Soboslai, 62. Dani Olmo, 68

Xal durumu: "Real Madrid" - 13, "Leyptsiq" - 12, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1

Qollar: Haukon-Arnar Haraldsson, 41 - Torqan Azar, 23

00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya) - 3:1

Qollar: Riko Luis, 52. Xulian Alvares, 73. Riyad Mahrez, 83 - Rafael Mir, 31

Xal durumu: "Mançester Siti" - 14, "Borussiya" - 9, "Sevilya" - 5, "Kopenhagen" - 3

H qrupu

00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa) - 1:2

Qollar: Leonardo Bonuççi, 39 - Kilian Mbappe, 13. Nunu Mendeş, 69

00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya) - 1:6

Qollar: Tyaronn Şeri, 26 (penalti) - Qonsalu Ramuş, 20. Petar Musa, 59. Alexandro Qrimaldo, 69. Rafa Silva, 73. Enrike Arauju, 88. Joau Mariu, 90+2

Xal durumu: "Benfika" - 14, PSJ - 14, "Yuventus" - 3, "Makkabi" - 3

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!