"Açığı, növbəti mərhələyə vəsiqə qazanmaq hər şeydən önəmlidir"

3 Noyabr 2022 00:20 Çempionlar Liqası 428
"Açığı, növbəti mərhələyə vəsiqə qazanmaq hər şeydən önəmlidir"

PSJ-nin baş məşqçisi Kristof Qalte Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan baş məşqçi Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanmağın xoş olduğunu bildirib:

“Əlbəttə, vaxtından əvvəl pley-offa yüksəlmək daha xoşdur. Açığı, növbəti mərhələyə vəsiqə qazanmaq hər şeydən önəmlidir və indi hədəfimiz qrupda birinci yeri tutmaqdır.

Bu barədə futbolçulara dedim, hamımız bu məqsədə köklənmişik. Bilirik ki, “Yuventus” Çempionlar Liqasının pley-off şanslarını artıq itirib, lakin onlar Avropa Liqasına düşmək üçün hər şey edəcəklər”.

“Yuventus” – PSJ matçı bu gün keçiriləcək və saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"