Bu gün qrup mərhələsinə yekun vurulacaq - Çempionlar Liqası

2 Noyabr 2022 18:20 Çempionlar Liqası 530
Bu gün qrup mərhələsinə yekun vurulacaq - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

E qrupunda "Milan" İtaliyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək.

"Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olacaq.

Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zaltsburq"un "Milan"a uduzmasını gözləmilidir.

F qrupunda əsas diqqət Polşada "Şaxtyor" (Donetsk) və "Leyptsiq" arasında oynanılacaq görüşə yönələcək.

Növbəti mərhəyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda, "Şaxtyor" yoluna Avropa Liqasında davam edəcək.

G qrupunda "Borussiya" (Dortmund) Danimarkada "Kopenhagen"lə, "Mançester Siti" isə İngiltərədə "Sevilya" ilə qarşılaşacaq.

Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.

Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan PSJi İtaliyada "Yuventus"u, Portuqaliya "Benfika"sı isə İsraildə Hayfa "Makkabi"si ilə üz-üzə gələcək.

Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.

Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

2 noyabr

E qrupu

00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)

00:00. "Milan" (İtaliya) - "Zaltsburq" (Avstriya)

Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya)

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2

H qrupu

00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa)

00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı