Onlar da Çempionlar Liqasında 1/8 finala vəsiqə qazandı - NƏTİCƏLƏR

2 Noyabr 2022 02:10 Çempionlar Liqası 715
Onlar da Çempionlar Liqasında 1/8 finala vəsiqə qazandı - NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da 1/8 finala yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.

D qrupunda Fransada "Marsel"ə 2:1 hesabı ilə qalib gələn "Tottenhem" 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən Almaniya "Ayntraxt"ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.

Niderland "Ayaks"ı, Almaniya "Bayer"i, İspaniya "Barselona"sı və "Sportinq" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

1 noyabr

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Məhəmməd Salah, 85. Darvin Nunyes, 90+8

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland) - 1:3

Qollar: Ceyms Tavernye, 86 (penalti) - Stiven Bergeys, 4. Məhəmməd Kudus, 29. Fransişku Konseysau, 89

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 15. "Ayaks" - 6. "Reyncers" - 0.

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Mehdi Taremi, 5. Stiven Euştakiu, 24 - İvan Markano, 90+5 (avtoqol)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

Xal durumu: "Portu" - 12, "Brügge" - 11. "Bayer" - 5. "Atletiko" - 5.

C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 2:0

Qollar: Benjamen Pavar, 32. Erik Çupo-Motinq, 72

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) - 2:4

Qollar: Tomaş Hori, 51; 63 - Markos Alonso, 6. Ferran Torres, 44; 54. Pablo Torre, 75

Xal durumu: "Bavariya" - 18. "İnter" - 10. "Barselona" - 7. "Viktoriya" - 0.

D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya) - 1:2

Qollar: Artur Qomes, 39 - Daiti Kamada, 62. Randal Kolo Muani, 72

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə) - 1:2

Qollar: Şansel Mbemba, 45+2 - Kleman Lanqle, 54. Pyer-Emil Höyberq, 90+5

Xal durumu: "Tottenhem" - 11. "Ayntraxt" - 10. "Sportinq" - 7. "Marsel" - 6.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO