Bu gün daha 2 komanda 1/8 finala çıxacaq - Çempionlar Liqası

1 Noyabr 2022 15:40 Çempionlar Liqası 570
Bu gün daha 2 komanda 1/8 finala çıxacaq - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq.

A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda - "Liverpul" və "Napoli" İngiltərədə üz-üzə gələcək. Qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qrupun digər görüşündə isə Niderland "Ayaks"ı Şotlandiyada "Reyncers"in qonağı olacaq. Amsterdam təmsilçisi 4 top fərqi ilə uduzsa belə, Avropa Liqasının pley-offuna vəsiqə qazanacaq.

B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən "Brügge" Almaniyada "Bayer"lə, "Portu" isə Portuqaliyada İspaniyanın "Atletiko" (Madrid) klubu ilə qarşılaşacaq.

"Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparacaq.

C qrupunda bütün suallara aydınlıq gəldiyindən "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) və "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) matçları formal xarakter daşıyacaq.

D qrupunda isə 4 komandanın hər birinin pley-off şansı davam edir. Portuqaliyada "Sportinq" və "Ayntraxt" (Frankfurt), Fransada isə "Marsel" və "Tottenhem" arasında keçiriləcək oyunlarda qələbə qazanan kollektivlər 1/8 finala yüksələcək.

Hər iki görüşdə heç-heçə qeydə alınarsa, "Tottenhem" və "Sportinq" qrupdan çıxacaq. "Ayntraxt" isə yoluna Avropa Liqasında davam edəcək.

"Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

1 noyabr

A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland)

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika)

Xal durumu: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya)

Xal durumu: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu