COP29

ÇL-də Ağayevin işinə qiymət verəcək - Sloveniyalı

31 Oktyabr 2022 22:40 Çempionlar Liqası 492
ÇL-də Ağayevin işinə qiymət verəcək - Sloveniyalı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) matçı üçün növbəti təyinatlar bəlli olub.

Sportinfo.az xəbər verir ki, görüşün VAR hakimi polşalı Tomaş Kviatkovski, onun köməkçisi Bartoş Frankovski olacaq.

Sloveniyalı Vladimir Şayn hakim-inspektor, şotlandiyalı Cerri O Haqan UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

VAR hakiminin köməkçisi Bartoş Frankovski 2021/2022 mövsümündə "Qarabağ"ın Fransa "Marsel"inə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu idarə edib.

"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin əllə oynamasından sonra hadisəyə reaksiya verərək feyr-pley nümunəsi göstərib və qolu ləğv etdirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!