Mehdi Messini qabaqladı, ÇL-də həftənin ən yaxşısı seçildi

28 Oktyabr 2022 02:30 Çempionlar Liqası 1 314
Mehdi Messini qabaqladı, ÇL-də həftənin ən yaxşısı seçildi

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Portu"nun hücumçusu Mehdi Taremi bu ada layiq görülüb.

İranlı forvardla yanaşı, "Benfika"dan Rafa Silva, PSJ-dən Lionel Messi, "Napoli"dən Covanni Simeone də ən yaxşı adına namizəd idi.

Mehdi Taremi "Brügge"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Digər Xəbərlər
Xəbər Lenti