ÇL: "İnter", "Liverpul" və "Portu" 1/8 finalda - NƏTİCƏLƏR

27 Oktyabr 2022 01:00 Çempionlar Liqası 828
ÇL: "İnter", "Liverpul" və "Portu" 1/8 finalda - NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Liverpul" Niderlandda "Ayaks"ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.

B qrupunda Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"i ilə heç-heçə edib - 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya "Portu"sunu pley-offa çıxarıb.

C qrupunda "Barselona" İspaniyada Almaniya "Bavariya"sını 0:3 hesabı ilə uduzub.

Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya "İnter"i və "Bavariya" isə qrupdan çıxmağı təmin edib.

Daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

26 oktyabr

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya) - 3:0

Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə) - 0:3

Qollar: Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya) - 0:4

Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya) - 2:2

Qollar: Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 - Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 4:0

Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qol: Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 1:1

Qol: Rodriqo Bentankur, 80 - Markus Edvards, 22

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: Daiti Kamada, 3. Randal Kolo Muani, 27 - Matteo Genduzi, 22

Xal durumu: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.

Digər Xəbərlər
Xəbər Lenti