"Ötən mövsümlə müqayisədə daha yaxşı olduğumuzu göstərməliyik"

26 Oktyabr 2022 18:20 Çempionlar Liqası 459
"Ötən mövsümlə müqayisədə daha yaxşı olduğumuzu göstərməliyik"

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Dinamo”nu məğlub etdikləri (4:0) görüşlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı komandasının pley-offa yüksəlməyə hazır olduğunu bildirib:

“Bu, çox vacib qələbədir. İnkişaf etdiyimizi, ötən mövsümlə müqayisədə daha yaxşı olduğumuzu, irəlilədiyimizi göstərməliyik.

Son oyunda qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq üçün mümkün olan hər şeyi etməliyik. Əla komandamız var”.

Digər Xəbərlər
Xəbər Lenti