Bu gün daha neçə komanda:1/8 finala qalacaq? - Çempionlar Liqası

26 Oktyabr 2022 15:20 Çempionlar Liqası 462
Bu gün daha neçə komanda:1/8 finala qalacaq? - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda "Liverpul" Niderlandda "Ayaks"ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq.

Qrupun digər matçında "Napoli" İtaliyada Şotlandiya "Reyncers"ini sınağa çəkəcək.

B qrupunda Portuqaliya "Portu"su Belçikada "Brügge"yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid "Atletiko"su İspaniyada "Bayer" ilə görüşdə xal itirməlidir.

C qrupunda "İnter" İtaliyada "Viktoriya"nı (Plzen) yensə, İspaniyada "Barselona" və "Bavariya" arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.

D qrupunda isə "Tottenhem" İngiltərədə Portuqaliya "Sportinq"indən üstün olsa, 1/8 finala yüksələcək.

Qrupun digər oyununda isə "Marsel" Almaniyada "Ayntraxt" (Frankfurt) komandasının qonağı olacaq.

Daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

26 oktyabr

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Napoli" - 12 . "Liverpul" - 9. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)

Xal durumu: "Brügge" - 10. "Portu" - 6. "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 12. "İnter" - 7. "Barselona" - 4. "Viktoriya" - 0

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa)

Xal durumu: "Tottenhem" - 7. "Marsel" - 6. "Sportinq" - 6. "Ayntraxt" - 4.

Digər Xəbərlər
Xəbər Lenti