"Milan" Mahir Emrelinin komandasını darmadağın etdi, "Yuventus" və "Real" uduzdu

26 Oktyabr 2022 01:00 Çempionlar Liqası 1 037
"Milan" Mahir Emrelinin komandasını darmadağın etdi, "Yuventus" və "Real" uduzdu

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürüb.

Sportinfo.az xəbər verilir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib.

E qrupunda "Çelsi" (İngiltərə) səfərdə "Zalsburq"a (Avstriya) 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqəni təmin edib.

Qrupun digər matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Milan"a (İtaliya) darmadağınla uduzub - 0:4.

F qrupunda "Leyptsiq" Almaniyada "Real"ı (İspaniya) məğlub edib - 3:2.

Lakin qrupun digər görüşündə "Şaxtyor" (Donetsk, Ukrayna) Şotlandiyada "Seltik"lə heç-heçə etdiyi (1:1) üçün "Leyptsiq" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilməyib..

G qrupunda Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə 0:3 hesabı ilə uduzub və qrupda qalacağı dəqiqləşib.

Bu qrupun digər matçında Dortmund "Borussiya"sı evdə "Mançester Siti" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb. Nəticədə "Borussiya" adını pley-offa yazdırıb.

H qrupunda isə PSJ (Fransa) və "Benfika" (Portuqaliya) 1/8 finala adlayıblar. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una qalib gəlib.

Daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

25 oktyabr

E qrupu

20:45. "Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Kovaçiç, 23 (0:1), Adamu, 49 (1:1), Havertz, 64 (1:2)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4

Qollar: Qabbia, 39, Leau, 49, Jiru, 59-pen; Lyubiçiç, 69-avtoqol.

Xallar: "Çelsi" - 10, "Milan" - 7, "Zalsburq" - 6, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1

Qollar: Giakumakis, 34 - Mudrik, 58

23:00. "Leyptsiq" (Almaniya) - "Real" (İspaniya) - 3:2

Qollar: Qvardiol, 13, Nkunku, 18, Verner, 81 - Junior, 44, Rodriqo, 90+4-pen.

Xallar: "Real" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: En Nesiri, 61, İsko, 88, Montiel, 90+2

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

Xallar: "Mançester Siti" - 11, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2

Qollar: Messi, 19, 45, Mbappe, 32, 65, Neymar, 35, Qoldberq, 67-avtoqol, Soler, 84 - Şek, 38, 51

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3

Qollar: A.Silva, 17, Mario, 28-pen; R.Silva, 35, 50 - Kin, 21, Milik, 77, Makkenni, 79

Xallar: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3

26 oktyabr

A qrupu

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)

Xallar: "Napoli" - 12, "Liverpul" - 9, "Ayaks" - 3, "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (İspaniya) - "Bayer" (Leverkuzzen, Almaniya)

Xallar: "Brügge" - 10, "Portu" - 6, "Atletiko" - 4, "Bayer" - 3.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Xallar: "Bavariya" - 12, "İnter" - 7, "Barselona" - 4, "Viktoriya" - 0.

D qrupu

23:00. "Ayntraxt" (Almaniya) - "Marsel" (Fransa)

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

Xallar: "Tottenhem" - 7, "Marsel" - 6, "Sportinq" - 6, "Ayntraxt" - 4.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"