Adı ÇL matçının iştirak ərizəsindən çıxarıldı - Modriçin

24 Oktyabr 2022 18:40 Çempionlar Liqası 727
Adı ÇL matçının iştirak ərizəsindən çıxarıldı - Modriçin

“Real”ın yarımmüdafiəçisi Luka Modriç UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 5-ci turunun “Leyptsiq”lə səfər matçı üçün komandanın heyətindən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, əvvəlcə futbolçu komanda ilə Almaniyaya uçmalı olsa da, son anda adı iştirak ərizəsindən çıxarılıb.

Bunun səbəbləri hələlik açıqlanmayıb.

Xorvatiyalı futbolçu bu mövsüm Çempionlar Liqasında 3 oyuna çıxıb, 1 qol vurub.

“Leyptsiq” – “Real” matçı oktyabrın 25-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti