"Araz-Naxçıvan"ın oyunlarını idarə edəcək hakimlər - Çempionlar Liqasında

17 Oktyabr 2022 15:40 Çempionlar Liqası 658
"Araz-Naxçıvan"ın oyunlarını idarə edəcək hakimlər - Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmaları Fransa, Çexiya, Slovakiya və İspaniyadan olan referilər idarə edəcək:

Hakimlər: Chaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya), David Abtequya Urdanoz (İspaniya)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

26 oktyabr

Araz-Naxçıvan – Orebro (İsveç)

27 oktyabr

Loznika Qrad (Serbiya) - Araz-Naxçıvan

29 oktyabr

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"