“ÇL-də davam etməyə layiq deyilik - Mən məşqçiyəm və cavab verməliyəm”

13 Oktyabr 2022 18:20 Çempionlar Liqası 851
“ÇL-də davam etməyə layiq deyilik -  Mən məşqçiyəm və cavab verməliyəm”

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "İnter"lə oyunun (3:3) nəticəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, ilk hissənin əla keçdiyini deyib:

"Yaxşı hücum etdik və Pedri və Qavi ilə yarımmüdafiədə yaxşı işləyərək “İnter”ə əziyyət çəkdirdik. İkinci hissədə çox səhv etdik.

Çempionlar Liqasında səhvlər baha başa gəlir. Biz xarakterlə mübarizə aparmağa çalışdıq, amma evdə “İnter”i məğlub edə bilmirsənsə,

Çempionlar Liqasında irəliləməyə layiq deyilsən. Bilirik ki, artıq heç nə bizim əlimizdə deyil. Çempionlar Liqasında davam etməyə layiq deyilik.

Çox az ümid var. Mən məşqçiyəm və oyunçularım səhv etdikdə cavab verməliyəm. Biz daha çox konsentrasiya olmalı idik, amma ikinci hissəyə yanlış münasibət göstərdik".

"Barselona" 4 xalla C qrupunun turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “İnter” isə 7 xalla 2-ci pillədədir. Turnir cədvəlinə "Bavariya" başçılıq edir (12).

Digər Xəbərlər
Xəbər Lenti