Mahir ehtiyatda qaldı, "Mançester Siti" 1/8 finala çıxdı – ÇL-də NƏTİCƏLƏR

12 Oktyabr 2022 01:00 Çempionlar Liqası 833
Mahir ehtiyatda qaldı, "Mançester Siti" 1/8 finala çıxdı – ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

G qrupunda çıxış edən "Mançester Siti"ı Danimarkada "Kopenhagen"lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund "Borussiya"sının evdə "Sevilya"dan xal alması "şəhərlilər"i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Avstriya "Zaltsburq"u ilə sülh bağlayıb.

25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda "Çelsi" İtaliyada "Milan"a 2 cavabsız qolla qalib gəlib.

Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. "Şaxtyor" (Donetsk) gözlənilmədən "Real Madrid"i büdrədib.

Daha əvvəl H qrupunda Hayfa "Makkabi"si İsraildə "Yuventus"u yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya "Benfika"sının müqavimətini qıra bilməyib.

11 oktyabr

E qrupu

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2

Qollar: Jorjinyo, 22 (penalti). Pyer-Emerik Obameyanq, 34

Qırmızı vərəqə: Fikayo Tomori, 18 ("Milan")

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: Robert Lyubiçiç, 40 - Nikolas Zayvald, 12

Xal durumu: "Çelsi" - 7, "Zaltsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Timo Verner, 75. Emil Forsberq, 84

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 1:1

Qollar: Aleksandr Zubkov, 46 - Antonio Rüdiger, 90+5

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Serxio Qomes, 30 ("Mançester Siti")

İstifadə edilməmiş penalti: Riyad Mahrez, 25 ("Mançester Siti")

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

Qollar: Cud Bellingem, 35 - Tanqi Kuassi, 18

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0

Qollar: Omer Atsili, 7. 42

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1

Qollar: Kilian Mbappe, 40 (penalti) - Joau Mario, 62 (penalti)

Xal durumu: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!