Mahir Emreli Çempionlar Liqasında meydana çıxacaqmı? – BU GÜN

11 Oktyabr 2022 12:20 Çempionlar Liqası 979
Mahir Emreli Çempionlar Liqasında meydana çıxacaqmı? – BU GÜN

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

Bu matçlardan sonra 4 komanda pley-offa vəsiqəni təmin edə bilər. F qrupunda "Real Madridi Polşada "Şaxtyor"u (Donetsk) məğlub etsə, adını 1/8 finala yazdıracaq.

G qrupunda İngiltərə təmsilçisi "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada "Sevilya"ya qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.

H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. "Yuventus" İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşacaq. E qrupunun digər matçında isə "Çelsi" İtaliyada "Milan"ın qonağı olacaq.

11 oktyabr

E qrupu

23:00. "Milan" (İtaliya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya)

Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya)

Xal durumu: "Real Madrid" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya)

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0.

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti