"Barsa" uduzdu, "Bavariya" "Qarabağ"ın qənimini darmadağın etdi - VİDEOLAR

5 Oktyabr 01:00 Çempionlar Liqası 1 156
"Barsa" uduzdu, "Bavariya" "Qarabağ"ın qənimini darmadağın etdi - VİDEOLAR

Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Liverpul" İngiltərədə Şotlandiya "Reyncers"ini 2 cavabsız qolla üstələyib.

"Napoli" isə Niderlandda "Ayaks"ı darmadağın edib - 6:1.

B qrupunda "Portu" Portuqaliyada Almaniyanın "Bayer" komandasına, "Brügge" isə Belçikada İspaniyanın "Atletiko" (Madrid) klubuna qalib gəlib.

C qrupunda İspaniya "Barselona"sı İtaliyada "İnter"ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə "Tottenhem"i Almaniyada "Ayntraxt"la qolsuz heç-heçəyə razılaşıb.

4 oktyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya) - 2:0

Qollar: Trent Aleksander-Arnold, 7. Məhəmməd Salah, 53 (penalti)

23:00. "Ayaks" (Niderland) - "Napoli" (İtaliya) - 1:6

Qollar: Məhəmməd Kudus, 9 - Cakomo Raspadori, 18; 47. Covanni Di Lorentso, 33. Pyotr Zelinski, 45. Xviça Kvaratsxeliya, 63. Covanni Simeone, 81

Qırmızı vərəqə: Duşan Tadiç, 73 ("Ayaks")

Xal durumu: "Napoli" - 9. "Liverpul" - 6. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Bayer" (Almaniya) - 2:0

Qollar: Zaydu Sanusi, 69. Qaleno, 82

Qırmızı vərəqə: Ceremi Frimponq, 88 ("Bayer")

23:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 2:0

Qol: Kamal Sova, 36. Ferran Xutqla, 62

Xal durumu: "Brügge" - 9. "Bayer" - 3. "Portu" - 3. "Atletiko" - 3

C qrupu

20:45. "Bavariya" (Almaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:0

Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:0

Qol: Hakan Çalhanoğlu, 45+2

Xal durumu: "Bavariya" - 9. "İnter" - 6. "Barselona" - 3. "Viktoriya" - 0

D qrupu

20:45. "Marsel" (Fransa) - "Sportinq" (Portuqaliya) - 4:1

Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1

Qırmızı vərəqə: Antonio Adan, 23 ("Sportinq")

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Tottenhem" (İngiltərə) - 0:0

Xal durumu: "Sportinq" - 6. "Tottenhem" - 4. "Ayntraxt" - 4. "Marsel" - 3.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 17:20 Fransanı durdurun...
5 Dekabr 03:00 "Qarabağ"da sorğu-sual