“Sehrli avrokubok gecələrindən həzz alırıq”

16 Sentyabr 2022 12:00 Çempionlar Liqası 1 632
“Sehrli avrokubok gecələrindən həzz alırıq”

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Reyncers” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, futbolçularının yaxşı oyun nümayiş etdirdiyini deyib:

“Belə bir gecədən sonra futbolçuları təbrik etməliyik, yaxşı oynadılar. Birinci hissədə üstünlüyümüzdən maksimum yararlana bilməsək də, qalib gəldik.

Keçən il görülən əla iş sayəsində layiq olduğumuz bu sehrli avrokubok gecələrindən həzz alırıq”.

Birinci turda “Napoli” “Liverpul”u 4:1 hesabı ilə məğlub edib. Neapollular 6 xalla A qrupuna başçılıq edir.

Spalettinin yetirmələri 3-cü turda “Ayaks”la qarşılaşacaq. Oyun oktyabrın 4-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?