"Xırda səhvlərə görə cəzalandırılacağımızı yaxşı anlayırdıq"

15 Sentyabr 2022 22:00 Çempionlar Liqası 1 823
"Xırda səhvlərə görə cəzalandırılacağımızı yaxşı anlayırdıq"

“Makkabi”nin baş məşqçisi Barak Bahar Çempionlar Liqasının ikinci turunun PSJ ilə oyunundan sonra oyunu şərh edib.

Sporinfol.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan israilli mütəxəssis 1:3 hesablı məğlubiyyətə baxmayaraq, öz oyunlarını nümayiş etdirdiklərinə görə şad olduğunu söyləyib:

“PSJ ilə matçda özümüzü rahat hiss edirdik desəm, bir az qəribə səslənə bilər. Oyuna nəzarət edirdik, bir neçə qol epizodları yaratdıq.

Xırda səhvlərə görə rəqib tərəfdən cəzalandırılacağımızı yaxşı anlayırdıq. Amma biz hücumda da rəqibə pressinq edərək öz oyunumuzu göstərdik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?