"Bizi etdiyimiz səhvə görə..."

15 Sentyabr 2022 12:20 Çempionlar Liqası 487
"Bizi etdiyimiz səhvə görə..."

"Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu matçında "Bavariya"ya məğlubiyyətini (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun üzvü əslində ilk hissədə oyunun taleyini həll etməli olduqlarını deyib:

"Nəticə oyunun faktiki gedişatını əks etdirmir. Oyunumuza görə, fasiləyə 0:0-dan da yaxşı nəticə ilə yollanmalıydıq.

Hesabda önə çıxmaq imkanlarımız var idi. Amma belə ciddi rəqiblə oyunda şansınızı əldən versəniz, təbii ki, acısını çəkməlisiniz.

Künc zərbəsini zamanı etdiyimiz səhvə görə rəqib önə keçdi. İndi ilk hissədə nə qədər yaxşı oynadığımızı unutmadan, baş verənləri həll etməyin vaxtıdır".

Digər Xəbərlər
Xəbər Lenti