Mahir Emreli bu axşam "Milan"la oynaya biləcəkmi? – Çempionlar Liqası

14 Sentyabr 2022 12:00 Çempionlar Liqası 828
Mahir Emreli bu axşam "Milan"la oynaya biləcəkmi? – Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

A qrupunun təxirə salınmış görüşündə "Reyncers" Şotlandiyada İtaliya "Napoli"sini qəbul edəcək.

Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) İtaliyada "Milan"ın qonağı olacaq. E qrupunun digər matçında "Çelsi" İngiltərədə Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.

F qrupunda yer alan turirin son qalibi "Real" İspaniyada "Leyptsiq"i sınağa çəkəcək. Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Şotlandiya "Seltik"inin müqavimətini qırmağa çalışacaq.

Günün maraqla gözlənilən qarşılaşması G qrupunda keçiriləcək. "Mançester Siti" İngiltərədə "Borussiya" (Dortmund) ilə görüşəcək.

"Şəhərlilər"in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmun təmsilçisindən alınıb. Bu qrupda "Kopenhagen" Danimarkada İspaniya "Sevilya"sı ilə qarşılaşacaq.

Nəhayət, H qrupunda "Yuventus" İtaliyada Portuqaliya "Benfika"sı ilə, Fransa PSJ-si İsraildə "Makkabi" (Hayfa) klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

14 sentyabr

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0

E qrupu

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)

Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0

G qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)

Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.

Digər Xəbərlər
Xəbər Lenti