"Bavariya" və "Barselona" üz-üzə gəlir - Çempionlar Liqası

13 Sentyabr 2022 15:40 Çempionlar Liqası 527
"Bavariya" və "Barselona" üz-üzə gəlir - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Liverpul" Niderlandda "Ayaks"ın qonağı olacaq.

Şotlandiyada "Reyncers" və "Napoli" arasında keçirilməli olan qarşılaşma isə Böyük Britaniya kraliçası II Elizabetin dəfni öncəsi tədbirlərlə əlaqədar 14 sentyabra təxirə salınıb.

B qrupunda "Portu" Portuqaliyada Belçika "Brügge"sini, "Bayer" Almaniyada "Atletiko"nu (Madrid) qəbul edəcək.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olacaq.

Qrup mərhələsinə qələbə ilə start verən "Bavariya" ilə "Barselona" Münhendə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq. Bu qrupun digər oyununda Plzen "Viktoriya"sı Çexiyada İtaliya "İnter"ini sınağa çəkəcək.

D qrupunda Tottenhem" Portuqaliyada "Sportinq"lə, "Ayntraxt" (Frankfurt)isə Fransada "Marsel"lə qarşılaşacaq.

13 sentyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)

Xal durumu: "Ayaks" - 3. "Napoli" - 3. "Liverpul" - 0. "Reyncers" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Brügge" (Belçika)

23:00. "Bayer" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Atletiko" - 3. "Brügge" - 3. "Portu" - 0. "Bayer" - 0.

C qrupu

20:45. "Viktoriya" (Plzen, Çexiya) - "İnter" (İtaliya)

23:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" - 3. "Bavariya" - 3. "İnter" - 0. "Viktoriya" - 0.

D qrupu

20:45. "Sportinq" (Portuqaliya) - "Tottenhem" (İngiltərə)

23:00. "Marsel" (Fransa) - "Ayntraxt" (Frankurt, Almaniya)

Xal durumu: "Sportinq" - 3. "Tottenhem" - 3. "Marsel" - 0. "Ayntraxt" - 0.

Digər Xəbərlər
Xəbər Lenti