Bir oyunun vaxtı dəyişdirildi - Çempionlar Liqasında

12 Sentyabr 2022 01:40 Çempionlar Liqası 1 621
Bir oyunun vaxtı dəyişdirildi -  Çempionlar Liqasında

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-ü yox, sentyabrın 14-ü keçiriləcək.

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə bu qərar verilib.

Beləliklə görüş sentyabrın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq.

“Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"