"Mən baxmışam, “Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

8 Sentyabr 2022 17:20 Çempionlar Liqası 1 250
"Mən baxmışam, “Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Qarabağ" Çempionlar Liqasında oynamalı idi".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı məşqçi "Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə Plzen şəhərində keçirilmiş Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyunundan danışıb:

"Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi.

Bu, cavab oyunu idi. Əks halda, "Qarabağ" Çempionlar Liqasında oynamalı idi".

Bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti