Mahir Emreli bu gecə "Çelsi"yə qarşı şans qazanacaqmı? - Çempionlar Liqası

6 Sentyabr 2022 10:20 Çempionlar Liqası 2 950
Mahir Emreli bu gecə "Çelsi"yə qarşı şans qazanacaqmı? - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi "Real" Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda "Mançester Siti" İspaniyada "Sevilya"nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və "Yuventus" arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Digər Xəbərlər
Xəbər Lenti