Mahir İbrahimoviçə qarşı oynaya bilməyəcək

4 Sentyabr 2022 09:40 Çempionlar Liqası 2 144
Mahir İbrahimoviçə qarşı oynaya bilməyəcək

“Milan” Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini təqdim edib.

Sportinfo.az xəbər verir ki, siyahıda Çiprian Tataruşanu, Aster Vranks, Malik Thiau, Yasin Adly, Timo Bakayoko və Zlatan İbrahimoviç yer almayıb.

40 yaşlı isveçli hücumçu zədəsini sağaldır.

“Milan” Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Leyptsiq” və Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti