Azərbaycan komandası penaltilərlə ÇL-in 1/4 finalında

3 Sentyabr 2022 16:20 Çempionlar Liqası 2 603
Azərbaycan komandası penaltilərlə ÇL-in 1/4 finalında

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.

1/4 final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqib hələlik dəqiqləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə