“Bu, gerçəkləşən bir yuxu idi” – “Viktoriya”lı "Qarabağ"dan danışdı

28 Avqust 2022 20:20 Çempionlar Liqası 1 053
“Bu, gerçəkləşən bir yuxu idi” – “Viktoriya”lı "Qarabağ"dan danışdı

“Çox sevincliyik. İki görüşü də əla idarə elədik.

Altı görüşdən beşində qalib gəldik, bir dəfə heç-heçə etdik. Bu, gerçəkləşən bir yuxu idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Viktoriya”nın futbolçusu Pavel Buxa “Qarabağ”la cavab görüşünün ardından deyib. O, daha sonra belə davam edib:

“Əsas hədəflərimizdən biri qruplara qalmaq idi. Bunu bacardıq. Hesabda geriyə düşməm bizə çətinlik yaratdı.

Ancaq komandamın sona qədər mübarizəsi məni sevindirdi. Çempionlar Liqasında oynamağa davam etmək çox yaxşıdır.

“Qarabağ”ın səviyyəsini nəzərə alsaq, çətin oyunlar idi. Azarkeşlərin dəstəyi möhtəşəmdir. İlk hissənin sonunda qol buraxmaq bizi təmiz yıxmışdı.

İndi artıq qruplar barədə düşünməliyik. Bizi orada çətin rəqiblər gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti