"Neftçi"dən tanıdığımız çexiyalı: "Qarabağ" sanki ikinci hissədə oynamadı"

28 Avqust 2022 02:40 Çempionlar Liqası 1 933
"Neftçi"dən tanıdığımız çexiyalı:  "Qarabağ" sanki ikinci hissədə oynamadı"

Azərbaycanda oynamış azsaylı çexiyalı futbolçuların siyahısında yer alan Pavel Dreksa sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 2016/2017 mövsümündə “Neftçi”də çıxış etmiş yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” matçı haqda fikirlərini bildirib.

Hazırda Kiprdə “Enosis Paralimni”də oynayan Dreksa Azərbaycan çempionunun Plzendəki məğlubiyyətinə belə şərh verib:

“Əslində, “Qarabağ” yaxşı oynayırdı. Həm Bakıda, həm də Plzendə pis başlamamışdılar. “Qarabağ”ın məğlubiyyətinə səbəb isə, onlar sanki ikinci hissədə oynamadılar.

“Viktoriya” isə fasilədən sonra ikinci hücumçu ilə rəqib müdafiəsinə təzyiq etməyə başladı. Bu da öz təsirini göstərdi.

Elə buna görə “Viktoriya” iki qol vurdu. Açığı, “Qarabağ”dan daha artığını gözləyirdim. Fikrimcə, komanda Kevin Medina və Maksim Medvedev üçün darıxmışdı”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!