“Qarabağ” üzərində qələbə gerçəkləşən bir yuxudur”

27 Avqust 2022 09:00 Çempionlar Liqası 1 174
“Qarabağ” üzərində qələbə gerçəkləşən bir yuxudur”

"Viktoriya"nın futbolçusu Pavel Buxa Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu (2:1) haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunu məğlub edərək arzularına çatdıqlarını deyib:

"Qarabağ" kimi çətin rəqibə qarşı matçı bu səviyyədə keçirmək inanılmazdır. Hədəfimizə çatdıq.

Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!