Azərbaycan klubu Çempionlar Liqasını qazanmaq iddiasındadır - AÇIQLAMA

25 Avqust 2022 19:00 Çempionlar Liqası 1 237
Azərbaycan klubu Çempionlar Liqasını qazanmaq iddiasındadır - AÇIQLAMA

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisinin də rəqibləri bəlli olub.

"Beerbaşa" B qrupunda Rumıniyanın "AEK Oradea" (Rumıniya), Bolqarıstanın "DXC Technology" və Çexiyanın "G.I.C. La Plate de Künde Praqa" komandaları ilə mübarizə aparacaq.

Monteneqroda keçiriləcək turnir avqustun 31-də başlayacaq. "Beerbaşa" qrupdakı ilk matçını avqustun 31-də "G.I.C. La Plate de Künde Praqa"ya qarşı keçirəcək.

Kollektiv sentyabrın 1-i və 2-də isə müvafiq olaraq, "DXC Technology" və "AEK Oradea" ilə qarşılaşacaq.

"Beerbaşa"son ölkə çempionatının qalibidir. Onlar son Avropa çempionatında ilk yeri tutan millimizin əsasının təşkil etdiyi “Zəfər”ə qalib gələrək, daxili yarışmanı,birinci yerdə başa vurub.

"Beerbaşa"nın kapitanı Kamil Məmmədov Sportinfo.az-a açıqlamasında Çempionlar Liqasının qalibi olmaq istədiklərini bildirib:

“Bildiyiniz kimi, hazırda Azərbaycanda minifutbola böyük maraq var.

Yığmamızın Avropa çempionu olması, ondan sonra cənab Prezident İlham Əliyevin komandanı qəbul etməsi, onları dəstəkləməsi və uğurlar arzulaması bu idman növünə marağı daha da artıb

"Beerbaşa" artıq neçə ildir fəaliyyət göstərir. Son iki ildə müxtəlif səviyyədə bir neçə mühüm turnirdə iştirak etmişik və qalib adını qazanmışıq.

Komandamızın baş məşqçisi futzaldan hər kəsin yaxşı tanıdığı Rizvan Fərzəliyevdir. Çempionlar Liqasında ilk dəfə iştirak edəcəyik, ancaq məqsədimiz çox ciddidir.

Monteneqroda keçiriləcək turnirə çempionluq hədəfi ilə gedəcəyik. Düzdür, rəqiblərimizin hər biri öz ölkəsinin ən güclü komandasıdır və hər şey ola bilər.

Lakin biz əlimizdən gələni edəcəyik. Bütün oyunlara qələbə qazanmaq məqsədilə çıxacağıq.

Millimizin heyətində Avropa çempionatında fərqlənməyi bacarmış oyunçulardan ikisi bizim komandanın üzvüdür.

Inanıram ki, azərbaycanlı futbolsevərlərin etimadını doğruldacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti