"Qarabağ"ın oyunçularının bu hərəkəti bizi qəzəbləndirirdi"

25 Avqust 2022 20:20 Çempionlar Liqası 2 175
"Qarabağ"ın oyunçularının bu hərəkəti  bizi qəzəbləndirirdi"

“Viktoriya”nın yarımmüdafiəçisi Yan Kopiç Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la (2:1) cavab matçından sonra yerli mətbuata müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə görüşü dəyərləndirib.

- Qələbədən sonra özünüzü necə hiss edirsiz?
-
Əla. Böyük eyforiyadayıq. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atmış olduq. Biz üç raund keçdik. Uğurlu altı oyun oynadıq. ÇL-in qrupuna düşməyə layiq idik.

- Rəqib hesabda irəli çıxanda hansı hisslər var idi?
-
Narahatlıq oldu. Baxmayaraq ki, hesabı dəyişmək üçün kifayət qədər də vaxtımız var idi. İkinci hissənin əvvəlindən “Qarabağ” vaxt aparmağa başladı. Amma sonda buna görə rəqibi cəzalandırdıq. Oyunu düzgün yönə çevirdik. İndi yolumuza davam edirik.

- Fasilədə nə danışırdınız? Stress yox idi?
-
Xüsusi heçnə yox idi. Görüşün ikinci yarısında nə edəcəyimizi bilirdik. Rəqibə təzyiq etdik və qapıçı səhvindən sonra qol vurduq.

- Rəqib oyunçular vaxt aparmağa başlayanda həddindən artıq həyəcan əmələ gəlmişdi?
-
Əksinə, "Qarabağ" futbolçularının vaxt aparması bizi qəzəbləndirirdi. Amma bunun bəzilərimizdə mənfi emosiyalar yaradacağından qorxdum. Sevindirici haldır ki, hesabı tez bərabərləşdirdik. Həmin epizodda bəxtimiz gətirdi, əks halda daha çətin olacaqdı.

- "Qarabağ"ı əvvəlki rəqibləriniz "Helsinki" və "Şerif"lə müqayisə edərdiniz...
-
“Qarabağ” daha təhlükəlidi. Bizə çətinlik yaratdılar və ümumiyyətlə, hücum oyunçuları çox təhlükəli idi. Nə olursa olsun, biz onlardan keçdik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı