Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan BÜTÜN KLUBLAR

25 Avqust 2022 01:50 Çempionlar Liqası 1 977
Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan BÜTÜN KLUBLAR

Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb), Danimarkanın "Kopenhagen" və Şotlandiyanın "Reyncers" klubları qrupa vəsiqə əldə ediblər.

Qrup mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq.

Onlardan 26-sı UEFA reytinqində daha yüksək göstəriciyə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar. Qalan 6-sı isə isə təsnifat mərhələsini uğurla adlayan kollektivlərdir.

Beləliklə, cari mövsüm qrup mərhələsində bu komandalar çıxış edəcəklər: "Real Madrid", "Barselona", "Atletiko" (Madrid), "Sevilya" (hamısı İspaniya), "Ayntraxt" (Frankurt), "Bavariya", "Leyptsiq", "Borussiya" (Dortmund), "Bayer" (hamısı Almaniya), "Mançester Siti", "Liverpul", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Milan", "Yuventus", "İnter", "Napoli" (hamısı İtaliya), PSJ, "Marsel" (hər ikisi Fransa), "Portu", "Benfika" "Sportinq" (hamısı Portuqaliya), "Ayaks" (Niderland), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Brügge" (Belçika), "Seltik", "Reyncers" (hər ikisi Şotlandiya), "Makkabi Hayfa" (İsrail), "Viktoriya" (Plzen, Çexiya), "Kopenhagen" (Danimarka), "Dinamo" (Zaqreb, Xorvatiya).

Çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün Türkiyənin İstanbul şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti