Mahir bu gecə oynadı, “Dinamo” ÇL-də qrupa düşdü - NƏTİCƏLƏR

25 Avqust 2022 01:40 Çempionlar Liqası 2 882
Mahir bu gecə oynadı, “Dinamo” ÇL-də qrupa düşdü - NƏTİCƏLƏR

Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə keçirilən qarşılaşmalarla qrup mərhələsinin son 3 iştirakçısı bəlli olub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada "Budö Qlimt"i sınağa çəkib.

Norveçdə 0:1 hesabı ilə uduzan Zaqreb təmsilçisi evdəki görüşün əsas vaxtında minimal üstünlüklə qalib gəlib - 2:1.

Ümumi hesab bərabərləşdiyindən əlavə vaxt oynanılıb. Burada daha 2 qol vuran meydan sahibləri yekunda 4:1 hesablı qələbə ilə qrup mərhələsinə adlayıb.

Oyuna ehtiyatda başlayan Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" evdə Danimarka "Kopenhagen"i ilə qolsuz bərabərliyə razılaşıb.

Bu nəticə qonaqları Çempionlar Liqasının, meydan sahiblərini isə Avropa Liqasının qrupuna daşıyıb.

Beləcə, Türkiyə 27 ildən sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmayacaq. Sonuncu dəfə 1995/1996 mövsümündə ÇL-nın qrupunda Türkiyə təmsilçisi yer almayıb.

Bu hal ümumilikdə isə 3 dəfə baş verib. 1992/1993 mövsümündə də Türkiyənin heç bir klubu qrupa düşə bilməyib.

PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə bacarmayıb - 0:1. Qlazqo təmsilçisi səfər qələbəsi hesabına qrup mərhələsinə vəsiqə qazanıb.

24 avqust

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1 (ƏLAVƏ VAXTDA - 2:0)

Qollar: Mislav Orşiç, 4. Bruno Petkoviç, 35. Yosip Drmiç, 117. Petar Boçkay, 120 - Albert Qrönbek, 70

İlk oyun - 0:1

"Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 0:0

İlk oyun - 1:2

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 0:1

Qol: Antonio Çolak, 60

İlk oyun - 2:2

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"