"Viktoriya"nın "Qarabağ"ı keçəcəyini gözləmirdim - Bu, qələbəni daha da gözəlləşdirir"

25 Avqust 2022 00:30 Çempionlar Liqası 857
"Viktoriya"nın "Qarabağ"ı keçəcəyini gözləmirdim - Bu, qələbəni daha da gözəlləşdirir"

"Viktoriya"nın mərhələni keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir".

Sportinfo.az xəbər verir ki, bunu Çexiya millisinin sabiq futbolçusu Milan Fukal "Viktoriya"nın (Plzen) evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

47 yaşlı veteran müdafiəçi bildirib ki, Plzen təmsilçisi Mixal Bileki baş məşqçi təyin etməklə, ötən ilin yazında başladığı səyahətin zirvəsinə çatıb:

"Bu komandanı çoxdan bəyənirəm, "Viktoriya"nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim.

Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir".

Onun sözlərinə görə, "Viktoriya" hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirdi:

"Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək".

Bakıdakı ilk matçda "Qarabağ"la qolsuz heç-heçə edən "Viktoriya" ev qələbəsi sayəsində Çempionlar Liqasının qrup mərhələsinə çıxıb.

"Köhlən atlar" isə mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı