Azərbayan klubu rəqiblərini gözləyir - Çempionlar Liqasında

24 Avqust 2022 16:40 Çempionlar Liqası 827
Azərbayan klubu rəqiblərini gözləyir - Çempionlar Liqasında

Bu gün Bakı vaxtı ilə saat 19:30-da Bolqarıstanın Plovdiv şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.

Qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust – 4 sentyabr tarixlərində Monteneqronun Herseq-Novi şəhərinin “Polino” arenasında keçiriləcək.

Qeyd edək ki, iştirakçılar hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcəklər. Təmsilçimiz ölkəmizin yüksək reytinqinə əsasən birinci səbətdə yer alıb.

Xatırladaq ki, sayca beşinci dəfə keçiriləcək ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son çempionu “Beerbaşa” komandası təmsil edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti