“Xoşbəxtəm, “Qarabağ”a qələbə qolunu vurdum” - "Viktoriya"nın hücumçusu

24 Avqust 2022 09:20 Çempionlar Liqası 445
“Xoşbəxtəm, “Qarabağ”a qələbə qolunu vurdum” - "Viktoriya"nın hücumçusu

"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "Viktoriya"nin (Plzen) futbolçusu Yan Kliment Çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

29 yaşlı çexiyalı hücumçu vurduğu qoldan 3 dəqiqə əvvəl zədələndiyini bildirib:

"Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".

Plzen təmsilçisinin müdafiəçisi Libor Holik bu qarşılaşmanı səbirsizliklə gözlədiyini söyləyib:

"Üç gün əvvəl matçda iştirak edəcəyimi bilirdim və buna hazırlaşırdım. Çünki hər kəs belə görüşdə meydanda olmaq istəyir. Bu, karyeramın ən vacib oyunu idi".

Kmandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" Çempionlar Liqasının, "Qarabağ" isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti