"Qarabağ"ın ÇL-ə vəsiqə qazanmasını istəyənlər bu VİDEOya baxsın!

22 Avqust 2022 17:00 Çempionlar Liqası 1 972
"Qarabağ"ın ÇL-ə vəsiqə qazanmasını istəyənlər bu VİDEOya baxsın!

"Qarabağ" avqustun 23-də Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya" ilə Çexiyada qarşılaşacaq.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov komandamızı Plzendə gözləyən sürprizlə bağlı vacib şərh verib.

Tanınmış aparıcı-ekspert deyib ki, Ağdam təmsilçisini çox çətin səfər matçı gözləyir:

“4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən “Qarabağ” müdafiənin arxasına atılan toplarda, əks hücumlarda və standart vəziyyətlərdə çox diqqətli olmalıdır.

Çünki Bakıdakı qarşılaşmadan fərqli olaraq, meydan sahiblərinin 4-4-2 taktiki sxemi ilə meydançaya çıxacağı gözlənilir.

İlk matçda topu “Qarabağ”a verərək, daha çox topsuz oyun planı seçən Plzen təmsilçisinin bu dəfə də müdafiədə “avtobus” quracağı heç kimə sirr deyil.

Lakin “Viktoriya”nın məşqçilər korpusu ilk oyundan fərqli, üçüncü zonada topu daha çox saxlamaqları üçün Tomaş Xorı və Yan Klimenti eyni anda meydançaya buraxa bilər.

Hündür boya malik Xorının ikili mübarizələrdə topa daha çox sahib olması fonunda boş kolidorlar açaraq, komandanın hücumda çoxalmasına imkan yarada bilər”.

Elçin Cəfərov onu da əlavə edib ki, “Qarabağ”ın müdafiə xətti Çexiya təmsilçisində cinahlarda oynayan futbolçuların çox sürətli keçidlərinə daha çevik reaksiya göstərməlidir.

“Qarabağ”da sağ və sol cinah müdafiəçilər rəqibin hücumları zamanı mərkəzə doğru çəkilərək, boş zona buraxmamalıdır:

“Rəqibin qapalı müdafiə xəttini aşmaq üçün isə mütləq uzaqdan vurulan zərbələrə üstünlük vermək lazımdır.

Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda rəqibə boş zona yaratmamağa çalışılmalıdır”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti