"Bu, bəhanə deyil"

22 Avqust 2022 01:10 Çempionlar Liqası 951
"Bu, bəhanə deyil"

"Viktoriya"nın (Plzen) müdafiəçisi Vaçlav Yemelka Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı Bakıda keçirilən ilk oyunu (0:0) haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Česká televize”yə danışan müdafiəçi Bakıdakı isti hava şəraitindən şikayətlənib:

"Bakıda həqiqətən çətin şəraitdə oynadıq. Hava dəhşətli idi, rəqib isə güclü. Amma biz hər şeyi yaxşı bacardıq. Maneələri dəf edə bildik.

Komadamla fəxr edirəm. Çərşənbə axşamı məşqçi mənə sol cinah müdafiəçisi kimi oynayacağımı dedi.

Bu, adi stoper mövqeyindən bir az fərqlidi, amma buna öyrəşmək lazımdı. Çox şadam ki, məşqçi məni start heyətinə daxil etdi".

Müdafiəçi ot örtüyünün bərbad durumda olmasından da söhbət açıb:

"Oyundan bir gün əvvəl meydança gözəl görünürdü, lakin məşqdən dərhal sonra onun dəyişəcəyi və pis duruma düşəcəyi məlum oldu.

Yarım saat keçdikdən sonra meydança bərbad durumdaydı. Oynamaq da çətinləşmişdi. Məsələn, Moski (Con Moskera) topla qaçmaq istəyəndə bunun nə qədər çətin olduğu aydın görünürdü. Hər halda hazır olmalıyıq. Bu, bəhanə deyil".

Komandanın yeni transferi cavab qarşılaşmasında isə uğurlu nəticə qazana biləcəklərini söyləyib:

"Qarabağ"a ciddi dəstəyin olacağına hazır idik. Amma tribunalar meydandan uzaq idi.

Futbolçularla yaxşı ünsiyyət qurmağımızda heç bir problem yox idi. İsinmə hərəkətləri üçün meydana çıxanda azarkeşlər bizi fitə basırdı.

Amma təbii ki, biz bunu səbirsizliklə gözləyirdik. Şəxsən mən azarkeşlərə xüsusi diqqət yetirmədim, bütün diqqətimi matça cəmləmişdim.

İndi bizi evdə "Qarabağ"a qarşı oyun gözləyir. Evdə azarkeşlərimiz bizi irəli səsləyəcək.

Mən onları həqiqətən səbirsizliklə gözləyirəm və ümid edirəm ki, biz birlikdə uğur qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"