Azərbaycan çempionu portuqaliyalılara əmanət – UEFA-dan TƏYİNAT!

21 Avqust 2022 13:20 Çempionlar Liqası 1 881
Azərbaycan çempionu portuqaliyalılara əmanət – UEFA-dan TƏYİNAT!

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstəcək.

Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti