“Hava bərbad, “Qarabağ” güclü idi” - “Viktoriya”nın müdafiəçisi

21 Avqust 2022 12:40 Çempionlar Liqası 1 296
“Hava bərbad, “Qarabağ” güclü idi” - “Viktoriya”nın müdafiəçisi

“Qarabağ”la Bakıda qolsuz heç-heçə revanş matçında bizə böyük şans yaradır”.

Sportinfo.az xəbər verir ki, bunu “Viktoriya”nın (Plzen) mərkəz müdafiəçisi Vatslav Yemelka Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

27 yaşlı futbolçu 0:0 hesabı ilə başa çatan qarşılaşma zamanı Tofiq Bəhramov adına Respublika Sadionunda problemlə üzləşdiklərini söyləyib:

“Səfər oyununda çətin şərtlər altında çıxış etdik, hava bərbad, rəqib isə güclü idi. Ancaq düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

Komandamla fəxr edirəm. Üstəlik, biz ilk gedəndə meydança gözəl görünürdü. Amma məşqdən dərhal sonra gördük ki, çox yeri qopacaq.

30 dəqiqəlik mübarizədən sonra, demək olar ki, şumlanmış sahə idi”.

Çexiya millisinin üzvü Bakıda dolu tribunalar önündə oynamağın onlara çətinlik törətmədiyini bildirib:

“Düşünürdük ki, bir-birimizi eşitməyəcəyik. Amma o qədər də pis deyildi. Tribunalar uzaqda olduğu üçün eşitmək mümkün idi.

İsinmə hərəkətləri zamanı azarkeşlər bizi fitə basdı. Təbii ki, bunu gözləyirdik. Düzü, bunun mənə elə bir təsiri olmadı, diqqətimi ancaq matça cəmlədim”.

O, “Duşan Arena”da yerli azarkeşlərin dəstəyinə arxalandıqlarını vurğulayıb:

“Azarkeşlərimiz bizi irəli səsləyəcəklər. Onları səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, evimivzə birlikdə bu işin öhdəsindən gələcəyik”.

“Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-də Plzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti