“Qarabağ”la cavab oyununda olmayacağım üçün üzr istəyirəm”

21 Avqust 2022 02:40 Çempionlar Liqası 2 424
“Qarabağ”la cavab oyununda olmayacağım üçün üzr istəyirəm”

"Viktoriya"nın kapitanı Lukaş Heyda Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la Bakıda baş tutan ilk oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi 0:0 hesablı heç-heçəni sərfəli nəticə hesab edir:

"Birinci hissədə hücuma keçərək, "Qarabağ"ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma fasilədən sonra praktiki olaraq heç nə yaratmadıq.

Bununla belə, məsuliyyətlə müdafiə olunduq və 0:0-ı sərfəli nəticə kimi qəbul edirik. Cavab oyununda olmayacağım üçün üzr istəyirəm.

Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.

"Qarabağ"ıa "Viktoriya" arasında cavab matçı 23 avqust tarixində Plzendə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti