Qurban Qurbanovla bağlı sualı eşitdi, "xeyr" cavabı verdi

19 Avqust 2022 13:20 Çempionlar Liqası 1 484
Qurban Qurbanovla bağlı sualı eşitdi, "xeyr" cavabı verdi

"Qarabağ"ın fransalı legioneri Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin "Viktoriya" ilə ilk matçı (0:0) haqda sualları cavablandırıb.

Sportinfo.az fransalı vingerin fikirlərini diqqətinizə çatdırır:

- Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun idi. Fiziki olaraq çox ağır və çətin matç oldu. Çalışdıq ki, öz oyunumuzu göstərək. Amma o qədər də asan deyildi. Ümid edirəm ki, səfərdə daha yaxşı nəticə əldə edərik.

- Evdə 0:0 hesabı "Qarabağ" üçün yaxşı nəticə sayılır?

- Səfərdə əlbəttə ki, evdə oynadığımız kimi deyil. Çexiyaya böyük həvəslə gedirik. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Qurban Qurbanov "Viktoriya"nı izah edən 2016-cı ildəki oyunu sizə göstərmişdi?

- Xeyr.

Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şanslarını necə dəyərləndirirsiz?

- Pley-offdayıqsa, buna layiqik. "Viktoriya"da güclü komandadır. Səfər oyununda qələbə qazanmaq və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"