"Düşünürəm ki, "Qarabağ"la ikinci oyun birincisindən daha çətin olacaq"

19 Avqust 2022 00:50 Çempionlar Liqası 1 042
"Düşünürəm ki, "Qarabağ"la ikinci oyun birincisindən daha çətin olacaq"

Çexiyalı futbol mütəxəssisi Miroslav Yirkal Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya"nın "Qarabağ" qarşısındakı şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Yirkal Plzendəki görüşdə ev sahiblərinin daha şanslı olduğunu düşünür:

"Düşünürəm ki, ikinci oyun birincisindən daha çətin olacaq. Hər iki komanda uğur qazanmaq üçün əlindən gələni edəcək.

Amma “Viktoriya” evdə oynayır, bütün Çexiya onlarla birlikdə olacaq. "Viktoriya" qol şansları yaradacaq. Yaxşı standart vəziyyət matçın taleyini həll edə bilər". (iSport)

Digər Xəbərlər
Xəbər Lenti